"Çelsi" "Bayer"in müdafiəçisini transfer etmək istəyir

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Crossmedia.az
xəbər verir ki, "Çelsi" ekvadorlu futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb
London
klubu İnkapyeni dizindən zədə alan Levi Kolvillin əvəzinə düşünür.
"Çelsi" 23 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avroluq təklif
göndərəcək.
Qeyd
edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın
"Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü ötən
mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol
və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
23:40 16.08.2025
Oxunuş sayı: 765