“Altay” tankını daşıyacaq yerli vaqonlar təhvil verilib

Türkiyədə “Altay” tankını daşıyacaq yerli vaqonlar təhvil verilib.
Crossmedia.az xəbər verir ki, 95% yerli mühəndisliklə istehsal edilən UAIS tipli hərbi nəqliyyat vaqonlarının ilk 50 ədədi “TCDD Taşımacılık”a təhvil verilib.
Qeyd edək ki, "Altay" tankı Türkiyənin inkişaf etdirdiyi 3+ nəsil əsas döyüş tankıdır. Bu tank, Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP) çərçivəsində yaradılıb. İlk prototipi 2011-ci ildə təqdim olunub və 2025-ci ildən etibarən istehsalı daha da genişləndirilib.
21:30 16.08.2025
Oxunuş sayı: 1136