Zelenski: " Rusiya ordusu yaxın günlərdə hücumu gücləndirə bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın günlərdə Rusiya ordusu hücum əməliyyatlarını fəallaşdırmağa cəhd edə bilər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu addım “qlobal subyektlərlə danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədi” daşıyır.
Zelenski qeyd edib ki, Rusiya bölmələrinin hərəkəti və hazırlığı artıq müşahidə olunur.
Prezident həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri iki gündür ardıcıl olaraq Dobropolye və Pokrovsk istiqamətlərində uğurlar qazanır.
Pərvin Hacıyeva
17:39 16.08.2025
Oxunuş sayı: 1157