Ukraynada Zelenskinin komandası ABŞ-ın mövqeyinə qarşı çıxıb

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Sergey Leşşenko bildirib ki, əvvəlcə atəşkəsə nail olunmalı, daha sonra danışıqlara başlanmalıdır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, cəbhədə daim dəyişən vəziyyət diplomatiyaya təsir göstərə bilər.
Bundan əvvəl Donald Tramp vurğulamışdı ki, müvəqqəti atəşkəs əvəzinə tamhüquqlu sülh sazişi imzalanmalıdır.
Pərvin Hacıyeva
16:12 16.08.2025
Oxunuş sayı: 698