"Mən 3+3 formatına qarşıyam" - keçmiş Baş nazir

“Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır”, - bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində deyib. Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bu kontekstdə “3+3” formatında dialoqun davam etdirilməsi planlaşdırılır və növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi məsələsi gündəmdədir.
Mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseyn Crossmedia.az-a açıqlama verib:
“Hər halda Ermənistan xarici işlər nazirinin muavini Azərbaycanla-Ermənistanın ikitərəfli danışıqlar aparması barədə açıqlama verib. Yəqin ki, bu situasiya tərəflərin tələblərindən asılı olacaq. Məncə bu görüşün istər İrəvan, istərsə də Bakıda keçirilməsi regional təhlükəsizliyə müsbət təsir edəcək. Mən ümumiyyətlə 3+3 görüşünə qarşıyam. Çünki 3+3 tərəfləri Azərbaycan da daxil olmaqla sanki 2 fərqli qrupa ayrılır: Rusiya-Türkiyə-İran, Azərbaycan-Ermənistan-Gürcüstan. Xüsusən Azərbaycanın Gürcüstan və Ermənistanla eyniləşdirilməsi düzgün deyil. Ümumiyyətlə vaxt çatıb ki, bu 3+3 artıq 6-lığa çevrilsin. Vaşinqtonda Azərbaycanla Ermənistan arasında görüşdən və ABŞ-nin məsələyə ilk dəfə bu dərəcə ciddi qoşulmasından sonra regionda fərqli bir situasiya yaranıb. Region dövlətlərinin də bu məsələdə müəyyən narahatlıqları ifadə olunur. Məncə öz maraqları ucbatından İran və Rusiyanın bu məsələdə destruktiv rolunu görmək mümkün deyil. O baxımdan prinsip etibarilə bunun Bakıda keçirilməsi daha məqsədəuyğundur”.
Ayhan
15:20 15.08.2025
Oxunuş sayı: 1538