Azərbaycanın "damarına basılır?": Qərbi Azərbaycan İcması ilə bağlı təxribat - Deputat

Ermənistan KİV-in guya Qərbi Azərbaycan İcmasının (QAİ) ləğv olunması barədə məlumat yayılıb. Bu məlumatlar ictimai rəydə ciddi müzakirələr yaratmasına baxmayaraq, icmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli iddiaları təkzib edib. O, deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Əslində Ermənistan mediasının dezinformasiya yaymas təəccüblü məsələ deyil. Biz buna öyrəşmişik. İndi sual yaranır: Belə bir sata məlumatın yayılması nəyə hesablanıb?
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, belə saxta xəbərlərin yayılmasında məqsəd ictimai rəydə çaşqınlıq yaratmaqdır: "Oturuşmuş yanaşmaları sıradan çıxarmağa çalışırlar. Ən mühüm məqamlardan biri budur ki, bir çox halda belə saxta xəbərlərlə bağlı rəsmi olmayan şərhlər yayılır. Beləliklə, bəzən ilkin xəbər özü unudulsa da, "informasiya çirkliliyi" yaranır, ictimai rəy çaşdırılır. Ola bilsin, bu addımla "damarımıza basmaq" istəyirlər. Çünki Qərbi Azərbaycan bizim üçün həssas mövzudur. Belə addımları təkcə, Ermənistan yox, həm də digər üçüncü tərəflər ata bilərlər. Yəqin ki, yayılan məlumat məqsədlidir".
Parlamentari indi həsas mərhələlərdən keçdiyimizi xatırladıb: "Biz otuz il dezinformasiyalara məruz qalmışıq. Artıq cəmiyyətimizdə də, mediamızda da müəyyən immunitet formalaşıb. İndi həssas dövrdür. Azərbaycanla Ermənistan sülh yaxındır. Belə olan halda oxşar cəhdlər təkrarlana bilər. Ona görə də maksmum diqqətli olmaq, obyektiv informasiyalara üstünlük vermək lazımdır".
Kənan Novruzov
15:23 15.08.2025
Oxunuş sayı: 1771