Tramp: Əgər görüş uğursuz olsa, Putindən sonra heç kimə zəng etməyəcəm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Vladimir Putinlə görüşü yaxşı keçməsə, o, heç kimə zəng etməyəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu, xüsusilə Zelenski və Avropa liderlərini əhatə edir.Tramp onlara danışıqların nəticələri barədə məlumat verməli idi.
Tramp gələcək görüş barədə danışarkən qeyd edib ki, “Məncə, Putin razılaşma bağlamaq istəyir”. Lakin o, dərhal atəşkəs əldə olunması ilə bağlı razılaşma imkanından əmin olmadığını da vurğulayıb.
Pərvin Hacıyeva
22:35 14.08.2025
Oxunuş sayı: 662