ABŞ-də dovşan virusu yayılıb

ABŞ-nin Kolorado ştatında cottontail dovşanı papillomavirusu yayılıb.
Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, virus dovşanların başında qara düyünlər və çıxıntılar əmələ gətirir, bəzi hallarda yemək və su qəbulunu çətinləşdirir. Müalicəsi yoxdur, amma əksər dovşanlar zamanla sağalır.
Qeyd edək ki, açıq havada yaşayan evcil dovşanlarda xəstəlik daha ağır keçir və baytar müdaxiləsi tələb olunur.
Fatimə Məmmədova
14:36 14.08.2025
Oxunuş sayı: 483