Rusiyada bu şəhərin mərkəzində güclü partlayış baş verib

Rusiyanın Rostov-na-Donu şəhərinin mərkəzində güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, partlayış yerli vaxtla təxminən 10:12-də Mərkəzi Şəhər Xəstəxanası yaxınlığında qeydə alınıb. 10:18-də isə raket təhlükəsi barədə xəbərdarlıq verilib.
Hadisə nəticəsində bir nəfər yaralanıb, bir neçə çoxmənzilli bina zədələnib. Şəhər sakinləri mərkəzdə yüksələn böyük tüstü buludunun görüntülərini paylaşır. Bu barədə Rostov-na-Donu qubernatoru Yuri Slyusar məlumat verib.
Nicat Rüstəmzadə
12:39 14.08.2025
Oxunuş sayı: 837