Zelenski: “Müharibəni bitirmək üçün Rusiyaya təzyiq göstərməliyik”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son günlər müharibənin bitməsi ilə bağlı tərəfdaş ölkələrlə 30-dan çox danışıq və məsləhətləşmə aparılıb. Onun sözlərinə görə, müxtəlif bölgələrdən olan tərəfdaşların baxışları fərqli olsa da, mövqeləri ortaqdır: “Müharibəni bitirmək, Rusiyaya ədalətli sülh naminə təzyiq göstərmək lazımdır. Rusiyanın aldatmasının qarşısını almaq üçün Ukraynanın və tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq gərəkdir”.
Crossmedia.az xəbər verir ki, Zelenski qeyd edib ki, hazırda Rusiyanın müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur. “Ukraynanın, ABŞ-ın, Avropanın və sülh istəyən bütün ölkələrin koordinasiyalı addımları Rusiyanı sülhə məcbur edə bilər”, – deyə o əlavə edib.
Nicat Rüstəmzadə
11:39 14.08.2025
Oxunuş sayı: 602