Donbasda döyüşən Qazaxıstan vətəndaşı həbs olundu

Qazaxıstanın Atrau şəhərindəki məhkəmə yerli sakini Donbasda (Ukraynada) Rusiyanın tərəfindən döyüşlərdə iştirak etdiyinə görə təqsirli bilib və ona beş il müddətinə həbs cəzası kəsilib. Bu barədə Atrau vilayət məhkəməsinin mətbuat xidməti məlumat verib.
İstintaqın müəyyən etdiyi kimi, 2024-cü ilin mart ayının sonunda şəxs Moskvaya gedərək Rusiyanın səlahiyyətli orqanları ilə hərbi xidmətə dair müqavilə imzalayıb. Daha sonra o, Donbas bölgəsindəki münaqişə zonasında hərbi tibb işçisi vəzifəsini yerinə yetirib.
Crossmedia.az xəbər verir ki, məhkəmə qərarını Qazaxıstan Cinayət Məcəlləsinin 172-ci maddəsi üzrə verib. Bu maddə ölkə vətəndaşlarının xaricdə silahlı münaqişələrdə iştirakına görə, əgər əsgəri müqavilə xarakteri daşımırsa, beş ildən doqquz ilədək həbs cəzası nəzərdə tutur.
Nicat Rüstəmzadə
10:31 14.08.2025
Oxunuş sayı: 778