Lozanna sülh müqaviləsi

Lozanna sülh müqaviləsi 1923-cü ilin 24-iyul tarixində İsveçrənin Lozanna şəhərində imzalanıb.Müqaviləni imzalayan tərəflər Türkiyə, Böyük Britaniya, Fransa , Yunanıstan , Ruminya Krallığı , İtaliya Krallığı ,Yaponiya İmperiyası , Serblər , Xorvatlar və Slovenlər olmuşdur.
1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü.
Əsas şərtlər aşağıdakı kimidir:
-Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü beynəlxalq aləmdə tanındı.
-Osmanlı dövlətinin hüquqi olaraq varlığı sona çatdı, yerinə Türkiyə Respublikası tanındı.
-Sevr müqaviləsi (Osmanlının Britaniya, Fransa, Yunanıstan, İtaliya, Ermənistan, Gürcüstan tərəfindən bölünməsi) rəsmən ləğv edildi.
-Şərqi Trakya, Bozcaada və Gökçəada (İmroz) Türkiyəyə verildi.
-Kapitulyasiyalar tamamilə ləğv olundu.
-Boğazlar (Bosfor və Dardanel) beynəlxalq komissiya tərəfindən idarə ediləcək, Türkiyənin hərbi mövcudluğu məhdudlaşdırılacaqdı (1936 Montrö Konvensiyası ilə dəyişdirildi).
-İraq sərhədi (Mosul məsələsi) Türkiyə ilə Böyük Britaniya arasında sonradan həll ediləcəkdi.
-Yunanıstan və Türkiyə arasında əhali mübadiləsi həyata keçirildi. 1 milyon yunan Yunanıstana, 500 min türk Türkiyəyə məcburi köçürüldülər. (İstanbul rumları və Qərbi Trakya türkləri istisna olmaqla).
-Kipr, Rodos və Dodekanes adaları Türkiyənin nəzarətindən çıxdı (Kipr Britaniyaya, Rodos və Dodekanes İtaliyaya verildi).
-Osmanlı borcları Türkiyə və digər varis dövlətlər arasında bölüşdürüldü.
16:30 09.08.2025
Oxunuş sayı: 927