Zelenski: Ukrayna öz torpaqlarını işğalçıya verməyəcək

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski vurğulayıb ki, Ukraynanın ərazi məsələsi artıq Konstitusiyada öz əksini tapıb və heç kim bu mövqedən geri çəkilə bilməz.
O əlavə edib ki, Ukrayna sülh gətirə biləcək real qərarlara hazırdır. Ancaq Ukraynanın iştirakı olmadan və ya Ukraynaya qarşı qəbul edilən qərarlar sülhə ziddir və heç bir nəticə verməyəcək.Prezident bildirib: “Bu, ölü qərarlardır, heç vaxt işləməyəcək. Hamımıza isə insanların hörmət etdiyi real və davamlı sülh lazımdır ”.
Pərvin Hacıyeva
12:53 09.08.2025
Oxunuş sayı: 759