BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də keçiriləcək görüşünü alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.
Crossmedia.az-ın məlumatına görə, bu barədə BMT Baş katibi sözçüsünün müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib.
"Xüsusilə mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır”, - deyə Fərhan Haq vurğulayıb.
(Report)
18:11 07.08.2025
Oxunuş sayı: 837