Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı elan olundu

Ermənistanda 15 sentyabrdan 15 dekabra qədər ehtiyatda olan hərbçilərin növbəti toplanışları keçiriləcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan Respublikasının hökumətinin cümə axşamı keçirilən iclasında qəbul edilib.
Ehtiyatda olan hərbçilərin toplanışları il ərzində bir neçə dəfə elan olunur. Hər bir ehtiyatçı maksimum 25 gün müddətinə toplanışa cəlb olunur.
Pərvin Hacıyeva
13:47 07.08.2025
Oxunuş sayı: 1066