Ankarada II Beynəlxalq Türk Dünyası Festivalı keçirilib

Ankaranın
Keçiören Rayon Bələdiyyəsinin ev sahibliyi ilə II Beynəlxalq Türk Dünyası
Festivalı keçirilib.
Crossmedia.az Reporta istinadənxəbər verir ki, üç gün davam edən festival bələdiyyə binasının önündəki Qələbə (Kalaba) Şəhər Meydanında coşqulu finalla yekunlaşıb.
Beynəlxalq
festivala Türk dünyası nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrdən çox sayda
diplomat, səfir, eləcə də siyasi partiya təmsilçiləri, millət vəkilləri,
ziyalılar, vətəndaş cəmiyyətinin üzvləri, Keçiörən rayon sakinləri və digər
qonaqlar qatılıb.
Proqramda
Türk dünyasından olan müxtəlif xalqların ənənəvi xalq rəqsləri və musiqiləri səsləndirilib.
Tədbirdə
Azərbaycanı Türkiyədəki Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin nümayəndələri,
o cümlədən “Şuşa” musiqi qrupunun üzvlərindən ibarət 20 nəfərlik heyət təmsil
edib.
Keçiören
Bələdiyyəsinin sədri Dr.Məsud Özarslan çıxış edərək öncə Türkiyədəki meşə
yanğınları ilə mübarizədə həyatını itirən şəhidləri yad edib.
13:45 28.07.2025
Oxunuş sayı: 1009