Çin tank əleyhinə raketlərlə silahlanmış yeni pilotsuz helikopter təqdim etdi

Çin “Mavi ox 5” tipli tank əleyhinə raketlərlə silahlanmış yeni pilotsuz zərbə helikopterini təqdim edib. İxrac üçün nəzərdə tutulan bu dron-helikopter dördədək belə raket daşımaq imkanına malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Yeni pilotsuz aparat həm batalyon səviyyəsində, həm də daha kiçik döyüş birliklərində istifadə oluna bilər.
Bundan əlavə, geniş operativ məsafəyə malik olan bu dron uzaq məsafədən tank əleyhinə əməliyyatlar həyata keçirməyə imkan verir. Çin tərəfi bu texnologiyanın gələcəkdə müxtəlif ölkələrə ixrac olunacağını da istisna etmir.
Nigar Rəhimova
23:38 27.07.2025
Oxunuş sayı: 711