Moskva-Pxenyan birbaşa aviareysi bərpa edildi

Moskvanın Şeremetyevo hava limanından Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Nordwind aviaşirkətinə məxsus Boeing 777-200ER tipli təyyarə 440 sərnişin tutumuna malikdir və yerli vaxtla bazar ertəsi səhər saat 09:00-da Pxenyana çatması planlaşdırılır.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu marşrut üzrə birbaşa uçuşlar hər ay bir dəfə həyata keçiriləcək. Geri dönüş reysi isə iyulun 29-na nəzərdə tutulub.
Qeyd edək ki, bu, Rusiya ilə Şimali Koreya arasında son dövrlərdə artan əməkdaşlığın daha bir göstəricisi kimi qiymətləndirilir.
Xumar Emilqızı
22:54 27.07.2025
Oxunuş sayı: 822