“Terrorsuz Türkiyə” parlament komissiyasının işinə başlayacağı tarix açıqlanıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament komissiyasının avqustun əvvəlində fəaliyyətə başlayacağını açıqlayıb.
Crossmedia.az
xəbər verir ki, onun sözlərinə görə, komissiyanın tərkibinə əsasən müxtəlif
siyasi qüvvələrin parlamentdəki fraksiyalarından 51 deputat daxil olacaq.
TBMM-də qrupu olmayan partiyalar müzakirələrdə bir deputatla təmsil olunacaq.
Komissiyanın
yekun tərkibi iyulun 31-dək müəyyən ediləcək.
Qeyd
edək ki, komissiya həftədə azı 4 dəfə toplanacaq.
15:58 27.07.2025
Oxunuş sayı: 874