Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 28-nə
gözlənilən hava haqqında məlumatı açıqlayıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə xidmətdən bildirilib. Verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Abşeron
çimərliklərində mülayim cənub-qərb küləyi əsəcək.
Dəniz
suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində: (Türkan, Hövsan,
Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın
rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15°
isti, gündüz 20-25° isti olacaq.
Naxçıvan
şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz
olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq.
Xankəndi,
Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava
əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə qısamüddətli az yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq, mülayim şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 22-27° isti, bəzi yerlərdə
35° isti olacaq.
Şərqi
Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz
keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq, mülayim şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, bəzi
yerlərdə 33° isti olacaq.
Qazax,
Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz
keçəcək, arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 21-26° isti, gündüz 33-37° isti olacaq.
Balakən,
Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi
dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir
duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti,
gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Yevlax,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar,
Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava
yağmursuz keçəcək, arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq.
Masallı,
Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz
olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 17-20°
isti, gündüz 25-30° isti olacaq.
12:49 27.07.2025
Oxunuş sayı: 1103