Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Cari ilin iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 faiz bəndi artaraq 25% olub.
Crossmedia.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, məişət avadanlıqlarının alınması ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26%, yaşayış sahəsinin təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17%, avtomobil kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 12%, digər istehlak kreditlərinin isə orta faiz dərəcəsi illik müqayisədə 2 faiz bəndi artaraq 21% olub.
Cari ilin yanvar-iyun aylarında Bank olmayan kredit tәşkilatlarının (BOKT) verdiyi istehlak kreditlərinin orta faiz dərəsəci isə 35% olub.
20:40 25.07.2025
Oxunuş sayı: 1484