Bakının bəzi ərazilərində suyun kəsilməsinin səbəbi açıqlanıb
Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmrlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı majistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.
(Report)
22:44 24.07.2025
Oxunuş sayı: 8151