Çarpaz baxış

Minimum əmək haqqı və pensiyalarda yeni artım: 2025-ci ildən gözlənilən dəyişikliklər

Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, vətəndaşların yaşayış səviyyəsini yüksəltmək məqsədilə minumum əməkhaqqı və pensiyaların artırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanvarın 1-dən həm minimum pensiyaların, həm də əməkhaqqılarının artırılması gözlənilir:

“Pensiyaların artımı hər il baş verir və bu artım, bilavasitə əməkhaqqının artım dinamikasına uyğun olur. 2025-ci ildə orta əməkhaqqı nə qədər artacaqsa, minimum pensiya məbləğində də həmin qədər artım baş verəcək”.

Ekspert onu da qeyd edib ki, minimum əməkhaqqının artımına gəldikdə isə, növbəti ilin yanvarın 1-dən artırılması gözlənilir. Bu artımın təxminən 15 faiz ətrafında olması proqnozlaşdırılır.

Aytac Bəhruzqızı 

 

13:25 02.11.2024

Oxunuş sayı: 10615

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR