Tramp hakimiyyətinin sonu gəlir?: "Mübahisəli məsələlər artacaq"

Donald Trampın ABŞ-nin prezidenti olaraq ikinci dövrü, ciddi siyasi və sosial narazılıqlara yol açıb. Trampın qəbul etdiyi radikal qərarlar və bəzən ifrat addımlar, onun reytinqini kəskin şəkildə aşağı salıb. ABŞ siyasətindəki qeyri-müəyyənlik və Trampın qeyri-adi yanaşmaları, həm daxili, həm də beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub. Son aylarda, Trampın prezidentlik dövrünün əvvəllərində atdığı addımlar daha sərt və birmənalı olub ki, bu da onun populyarlığını ciddi şəkildə zəiflədir.
Bu məsələlərlə bağlı politoloq Tural İsmayılov Crossmedia.az-a verdiyi açıqlamada, Trampın siyasətinin ABŞ daxilində geniş narazılıqlara səbəb olduğunu və buna paralel olaraq onun reytinqinin aşağı düşdüyünü vurğulayıb: "Tramp idarəetmə dövründə daha əvvəl də oxşar radikal qərarlar verib, lakin bu qərarlar heç vaxt onun prezidentlik dövrünə son qoymayıb. Trampın atdığı addımlar yalnız ABŞ daxilində deyil, dünya miqyasında da geniş təhlil və müzakirələrə səbəb olub. Onun gələcəkdə daha sərt addımlar atacağını proqnozlaşdırmaq olar. Trampın siyasi karyerasında daha çox mübahisəli məsələlər gündəmə gələcək. Lakin Trampın prezidentliyinin sonlandırılması və ya impiçmenti ilə əlaqədar məsələlərin hələ zaman alacağı və bu mövzuda siyasi spekulyasiyaların daha da artacağı gözlənilir. Bu məsələnin necə inkişaf edəcəyi isə yalnız gələcəkdə aydınlaşacaq".
Zəhra Ağayeva
15:10 28.04.2025
Oxunuş sayı: 1019