Hakan Fidan: Ankara ilə Türk dövlətləri arasında münasibətlərə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur

Türkiyə ilə türk dünyası ölkələri arasındakı münasibətlərə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Əlaqələrimizə zərər vurmaq məqsədi daşıyan manipulyasiyalar hədəfinə çatmayacaq. Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Norveçin xarici işlər naziri Espen Bart Eyde ilə birgə mətbuat konfransında deyib.
Türkiyə diplomatiyasının rəhbəri əminliklə bildirib ki, Türk dövlətlərinin hamısı bir olaraq Kipr türklərini dəstəkləməyə davam edəcəklər. “Bu istiqamətdə siyasətimizi səbirli şəkildə davam etdirəcəyik”, – deyə H.Fidan vurğulayıb. (Azərtac)
09:22 25.04.2025
Oxunuş sayı: 791