Financial Times : Ukrayna defolt elan edə bilər

Ukrayna hökuməti xarici borcun restrukturizasiyası ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra defolt elan etmə ehtimalını dəyərləndirir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar 2,6 milyard dollarlıq borcun taleyinə aydınlıq gətirmək məqsədi daşıyır.
Məlumata görə, may ayının sonunda Ukrayna 600 milyon dollarlıq ödəniş etməli olacaq. Lakin bu vəsaitin ödənilməməsi ölkənin maliyyə sabitliyinə ciddi təsir göstərə bilər.
Maliyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda “bütün mümkün variantlar nəzərdən keçirilir” və kreditorlarla danışıqlar davam etdiriləcək. Hökumət borcun şərtləri ilə bağlı yeni təkliflər təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, Ukraynanın bu istiqamətdə atacağı addımlar həm daxili iqtisadi vəziyyətə, həm də beynəlxalq maliyyə bazarlarında mövqeyinə birbaşa təsir göstərə bilər.
22:40 24.04.2025
Oxunuş sayı: 899