Azərbaycan neftinin qiyməti artıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,96 ABŞ dolları və ya 1,44% artaraq 67,57 dollar/barel təşkil edib.
Crossmedia.az xəbət verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,88 dollar və ya 1,35% bahalaşaraq 65,71 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,93 dollar və ya 1,83% artaraq 51,68 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,88 dollar və ya 1,33% bahalaşaraq 66,85 dollar/barel təşkil edib.
Aprelin 15-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
09:36 15.04.2025
Oxunuş sayı: 1188