Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək

Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri iki ölkə arasındakı mədəni əlaqəlin inkişafına töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qətərli həmkarı ilə Dənizkənarı Milli Parkda Qətərin milli geyimləri, mətbəxi, musiqisi, eləcə də toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olarkən deyib.
Nazir bildirib ki, Qətər Mədəniyyəti Günləri həm ölkələrin, həm də xalqların bir-birini daha yaxından tanıması üçün faydalı olacaq.
17:55 10.04.2025
Oxunuş sayı: 1508