Kölndə səyyar konsulluq xidməti keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar konsulluq xidməti həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" səhifəsində paylaşım edib.
Xidmət Köln şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Evində təşkil olunub.
İlkin olaraq, sözügedən xidmətin yalnız 29-30 martda keçirilməsi nəzərdə tutulsa da, müraciətlərin çoxluğu nəzərə alınaraq, müraciətlərin qəbulu 31 mart tarixində də davam etdirilib.
Səyyar konsulluq xidməti zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 123 vətəndaşımızın müraciəti qəbul edilib.
Növbəti aylarda Almaniyanın digər böyük şəhərləri də əhatə olunacaq.
Səfirliyin məqsədi bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ və rahat xidmət göstərməkdir.
19:17 01.04.2025
Oxunuş sayı: 483