ABŞ vitse-prezidenti Ceyms Vens Qrenlandiyaya səfər etdi

ABŞ vitse-prezidenti Ceyms Vensin rəhbərlik etdiyi nümayəndə heyəti Qrenlandiyaya səfər edib. Nümayəndə heyətinə onun həyat yoldaşı, ikinci ledi Uşa Vens, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, enerji naziri Kris Rayt və respublikaçı senator Mayk Li daxildir.
Amerika təyyarəsi Qrenlandiyanın şimalında yerləşən ABŞ-nin Pituffik aviabazasına eniş edib. Səfərin məqsədi rəsmi olaraq açıqlanmasa da, ekspertlər bunu Vaşinqtonun Arktikadakı strateji maraqları və Qrenlandiyanın geosiyasi əhəmiyyəti çərçivəsində mühüm bir addım kimi qiymətləndirirlər.
Fidan Xəlilova
08:32 29.03.2025
Oxunuş sayı: 1402