Qaqauz Elinin başqanı 30 günlük həbs olundu

Qaqauz Elinin başqanı Yevgeniya Qutsul 2023-cü il seçkiləri zamanı qanunsuz maliyyə vəsaiti toplama ittihamı ilə 30 gün müddətinə həbs edilib. Onun barəsində dörd maddə üzrə cinayət işi açılıb.
Moldovanın Milli Antikorrupsiya Mərkəzinin apardığı istintaq nəticəsində Yevgeniya Qutsul və digər şəxslərin “Şor” partiyasının seçki kampaniyasını qanunsuz maliyyələşdirdikləri iddia edilir. İttihamlar arasında sənədlərin saxtalaşdırılması və digər qanun pozuntuları da yer alır.
Həmçinin Yevgeniya Qutsul özünü təqsirsiz sayır və ittihamları siyasi təqib kimi qiymətləndirir. O, Moldovanın hakimiyyətini müxalifətə qarşı təzyiq göstərməkdə ittiham edib.
Qeyd edək ki,hazırda, Yevgeniya Qutsulun məhkəmə prosesi davam edir və bu ilin birinci yarısında hökmün veriləcəyi gözlənilir.
Fidan Xəlilova
20:43 28.03.2025
Oxunuş sayı: 1134