Türkiyə terrora tamamilə son qoyur? - Eskpert

Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz martın 25-də “Habertürk”ün efirində PKK-YPG terrorçularına çağırış edib.
O qeyd edib ki, terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır
C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq qərar qəbul etməlidirlər.
Vitse-prezident konkret tarix açıqlamasa da, terrorçuların ən qısa zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim olduğunu qeyd edib.
C.Yılmazın səsləndirdikləri fikirlər barədə Crossmedia.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu, asan məsələ deyil: "Terrora tamamilə son qoymaq üçün onları maliyyə dəstəyini kəsmək lazımdır. Bu olmadıqca terrora tam son verilməyəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, terrorçuluq həm də qazanc mənbəyidir. Bu baxımdan Türkiyənin terrora qarşı mübarizəsi hələ vaxt ala bilər".
Kənan Novruzov
17:07 26.03.2025
Oxunuş sayı: 1487