Putinlə Trampın razılaşmasından sonra ilk tanker yola çıxır
Rusiya oktyabrın 22-də ABŞ-yə dizel yanacağı daşıyan ilk tankeri yola salmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Rusiyanın TASS agentliyi bu barədə Baş nazirin müavini Aleksandr Novaka istinadən məlumat yayıb.
Novak bildirib ki, ABŞ-yə göndəriləcək ilk tankerdə 40 min ton dizel yanacağı olacaq.
Onun sözlərinə görə, Rusiya öz imkanları daxilində ABŞ-nin dizel yanacağına olan tələbatını ödəməyə hazırdır.
Baş nazirin müavini yaxın vaxtlarda ABŞ-yə əlavə yanacaq partiyalarının göndərilməsinin də nəzərdə tutulduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında əldə olunan razılaşmadan sonra Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyətləri qismən aradan qaldırıb.
13:21 21.10.2026
Oxunuş sayı: 138