Avropa Azərbaycanın strateji sahələrinə sərmayə yatırmağa hazırlaşır
Avropa İttifaqı (Aİ) Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.
"Biz yaxşı başa düşürük ki, investisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət şərtləri Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
10:30 21.10.2026
Oxunuş sayı: 48