Ordubada qar yağıb
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Oktyabrın 21-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb.
Yağıntının miqdarı Ordubad və Lerikdə 4 mm, Şahbuz, Gədəbəy və Qusarda 2 mm, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astarda isə 1 mm təşkil edib.
11:19 21.10.2026
Oxunuş sayı: 84