10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
2026–2027-ci tədris ilində Qazaxıstanın 10 vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq.
Crossmedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bu barədə məlumat yayıb.
Tələbələr Azərbaycan və Qazaxıstanın elm və ali təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişi əsasında təhsil almaq hüququ qazanıblar.
Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar.
Qəbul olunan tələbələrin ixtisasları humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.
11:13 21.10.2026
Oxunuş sayı: 50