Orta Dəhlizdə yükdaşımaların sürəti ilə bağlı əsas çağırışlar açıqlanıb
Orta Dəhliz layihəsində yükdaşımaların sürəti dair 3 əsas məsələdən asılıdır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini Elmir Poladov Bakıda keçirilən Avropa İttifaqı – Azərbaycan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, hər hansı multimodal marşrutun qızıl qaydası ondan ibarətdir ki, bütün zəncir ən zəif halqanın sürəti ilə işləyir: "Orta Dəhlizdə 3 əsas zəif halqa görürəm. Birincisi, Xəzər dənizində gəmi təminatı ilə bağlıdır. Dəniz keçidi hələ də ən böyük qeyri-müəyyənlik olaraq qalır. Hava şəraiti, bərə və Ro-Ro gəmilərinin tutumunun məhdud olması daşımaları çətinləşdirir. Bir çox gəmi hələ də sabit cədvəl üzrə deyil, yük tam dolduqdan sonra yola düşür. Əlverişsiz hava şəraiti isə hərəkəti günlərlə dayandıra bilər. Məsələn, ötən ilin dekabr və yanvar aylarında Aktau limanı 60 gün ərzində cəmi 10 gün, bəzi hallarda isə maksimum 15 gün fəaliyyət göstərib. Bu, ekspeditor üçün o deməkdir ki, müştəriyə dəmir yolu ilə daşınmanın müddətini gün dəqiqliyi, dəniz daşınmasının müddətini isə yalnız həftə dəqiqliyi ilə vəd etmək mümkündür. Yük limanda gözlədikdə vaqonlar və konteynerlər də onunla birlikdə dayanır. Beləliklə, bir gecikmə qısa müddətdə üç gecikməyə çevrilə bilər".
Xəbər yenilənir
13:07 21.10.2026
Oxunuş sayı: 146