Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verilib
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin zabiti Xaliq İbrahimova yeni hərbi rütbə verilib.
Crossmedia.az xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov bununla bağlı əmr imzalayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Xaliq İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib. Bu rütbə digər qoşun növlərində polkovnik rütbəsinə bərabərdir.
Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi döyüşlərdə iştirak edib. O, bir sıra ərazilərin, o cümlədən Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarına qatılıb.
Müharibədən sonra Prezidentin sərəncamı ilə ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Xaliq İbrahimov həmçinin Cəbrayılın, Xocavəndin, Füzulinin və Qubadlının azad edilməsinə görə medallarla təltif olunub.
Hazırda 41 yaşlı zabit Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdən birinin komandiridi
11:06 21.10.2026
Oxunuş sayı: 46