Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
Azərbaycanda məktəblərdə “TikTok” sosial şəbəkəsinə və zərərli məzmunlu materiallara çıxış məhdudlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu barədə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda bildirib.
Onun sözlərinə görə, məktəblərdə cinayət, narkotik və zorakılıqla bağlı məzmunları əhatə edən 200-dən çox zərərli materiala da çıxış məhdudlaşdırılıb.
Nazir müavini vurğulayıb ki, uşaqların zərərli internet məzmunundan qorunması yalnız məktəblərin məsuliyyəti ilə məhdudlaşmamalıdır.
Firudin Qurbanov valideynləri də övladlarının sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət etməyə və onları zərərli məzmunlardan uzaq tutmağa çağırıb.(Report)
12:17 21.10.2026
Oxunuş sayı: 99