Trampın sülh planı çıxılmaz vəziyyətdə
Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları dalana dirənib və tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalır.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “CNN” telekanalı bu barədə analitik material yayıb.
Məqalədə bildirilir ki, Ukrayna və Avropa ölkələri ABŞ-nin irəli sürdüyü tələbləri və təzyiqləri Donald Tramp administrasiyası üçün məqbul ola biləcək sülh planına çevirməyə çalışırlar.
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtona iqtisadi əməkdaşlıq və biznes imkanları təklif edir.
“CNN” qeyd edir ki, bu iki istiqamət bir-birindən ayrı qalır və tərəflər arasında qarşılıqlı etimadsızlıq davam edir. Mövcud vəziyyətdə sülh prosesinin necə nəticələnəcəyi hələlik aydın deyil.
Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirilən danışıqlardan sonra Sankt-Peterburqa yola düşüb.
Norveçin Baş naziri Yonas Qar Störe Oslodakı görüşü müsbət qiymətləndirərək müzakirələrin konstruktiv keçdiyini bildirib.
10:40 21.10.2026
Oxunuş sayı: 181