Bakıda üç günlük festival başlayır
Zeytun festivalı start götürür.
Crossmedia.az xəbər verir ki, Oktyabrın 23–25-də Dənizkənarı Milli Parkda təşkil olunacaq festivalda ziyarətçilərə müxtəlif zeytun məhsulları təqdim ediləcək, maraqlı konsert proqramları keçiriləcək.
Festivalın əsas məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini tanıtmaq, yerli istehsalçıları dəstəkləmək və milli brendlərin inkişafına töhfə verməkdir.
Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq.
11:45 21.10.2026
Oxunuş sayı: 55