Ukraynadan Rusiyaya kütləvi dron hücumu
Rusiya hava hücumundan müdafiə qüvvələri oktyabrın 20-dən 21-nə keçən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 373 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, pilotsuz uçuş aparatları Moskva regionu, Tula, Kaluqa, Ryazan, Novqorod, Tver, Bryansk, Belqorod, Kursk, Smolensk və Oryol vilayətləri, Krasnodar diyarı, Krım və Qara dəniz akvatoriyası üzərində vurulub.
Bildirilib ki, hücumların qarşısının alınması üçün hava hücumundan müdafiə sistemləri işə salınıb.
Rusiya Müdafiə Nazirliyi hücumlar nəticəsində mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib.
Bundan əvvəl Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bölgəyə pilotsuz uçuş aparatları ilə edilən hücumla bağlı açıqlama yayıb.
10:06 21.10.2026
Oxunuş sayı: 48