Politiko: "Tramp və yaxın çevrəsi Ukrayna müxalifəti ilə gizli əlaqələr saxlayır”

İddiaya görə, ABŞ-nin Prezidenti Donald Tramp və onun yaxın çevrəsi – o cümlədən kiçik Donald Tramp, Cared Kuşner, Witkoff və jurnalist Taker Karlson – pərdə arxasında Ukrayna müxalifətinin nümayəndələri ilə əlaqə saxlayırlar.
Bu barədə crossmedia.az Politiko nəşrinə istinadən xəbər verir ki, bu əlaqələrin məqsədi prezident Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdıracaq erkən seçkilərin hazırlanmasıdır.
Trampın Ukrayna siyasətinə dair mövqeyi və mümkün planları ilə bağlı rəsmi açıqlama verilməsə də, iddialar beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.
17:10 19.03.2025
Oxunuş sayı: 916