KTMT Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasını alqışlayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını və dövlətlərarası sənədin mətninin razılaşdırılmasını alqışlayıb.
Crossmedia.az-ın xəbərinə görə, KTMT sənədin mümkün qədər tez imzalanacağına ümid edir və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcəyini gözləyir.
Təşkilat vurğulayıb ki, bölgədə təhlükəsizliyin təmin edilməsi KTMT-nin əsas məsuliyyət sahələrindən biridir.
19:11 14.03.2025
Oxunuş sayı: 1014