ABŞ prezidentinin xüsusi nümayəndəsinin təyyarəsi Bakıya enib

Flightradar24 xidmətinin məlumatlarına görə, Gulfstream G650 - ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun olduğu ehtimal edilən təyyarə Bakıya enib.
Crossmedia.az telegram kanallarında yayılan xəbərlərə istinadən məlumat verir ki, təyyarə, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Məlumata görə, təyyarə 14 mart gecəsi, yerli vaxtla saat 02:00-da Moskvanın Vnukovo hava limanından havaya qalxıb. Təyyarənin istiqaməti və sərnişinləri barədə dəqiq məlumatlar hələlik verilmir.
Qeyd edilir ki, Uitkofun Rusiyaya səfərinin məqsədi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq olub, amma görüşün rəsmi təsdiqi yoxdur. Həmçinin, ABŞ və Rusiya arasında əlaqələrin gərgin olduğu bir dövrdə bu səfərin xüsusi əhəmiyyəti olduğu vurğulanır.
Zəhra Ağayeva
15:53 14.03.2025
Oxunuş sayı: 994