"Yeni dünyanın qayğıları Azərbaycanda axtarılır"- ŞƏRH

Bu günlərdə Azərbaycan yenidən dünyanın mərkəzinə çevrilib. Belə ki, Bakıda keçirilən XII forumda iştirak məqsədilə dünyanın aparıcı ölkələrinin rəsmi şəxsləri, o cümlədən diplomatları Azərbaycana gəliblər. Bu, bir daha göstərir ki, Azərbaycan özünün diplomatik uğurları ilə həm də planetin diplomatiya mərkəzi olmaq əzmindədir.
Bu barədə Crossmedia.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Bakıya gələn ölkələrin əksəriyyəti köhnə nizam vaxtı da əziliblər, ölkədə keçirilən yeni nizam axtarışında isə faktiki çətir axtarırlar: "Bir çoxu konkret Azərbaycana təşəkkür edərək, xilas olmaq üçün Azərbaycana yalvarırlar.
Azərbaycan nümayəndəsi çıxışında qeyri-adi, xəyali, arzulara söykənən qlobal gələcəkdənsə konkret faktlar verir. Hətta sabiq bir xarici işlər nazirinin çıxışındakı fakt mənə daha çox təsir etdi. O, dedi ki, dünyanın ikinci ansambldakı ölkələri birlikdə hərəkət etməlidir. Ya da beynəlxalq təşkilatları qoruyub saxlamalıdır. Bir sözlə, orta gücü əsas güc hesab etməyə cəhd edirlər.Lakin Azərbaycan nümayəndəsi ölkəmizin regional gücündən, karbohidrogen gücündən, enerji təhlükəsizliyi üçün ümid yeri olmasından, habelə Şərqlə Qərb arasındakı keçiddən, Azərbaycanın Türk Ölkələri Təşkilatını qurub, yeni nizamda söz sahibi olacaq, indi isə müasir dünya üçün modelindən danışır. Həmçinin iqlim diplomatiyasının ilhamverici gücü diqqətə çatdırılı. Dünya yeni dünyanın qayğılarını Azərbaycanda axtarmağa gəlib ki, üç imperiya qonşuluğunda salamat yaşamağın sirrini öyrənsinlər. Qalib olmaq belə şeydir".
Kənan Novruzov
14:39 14.03.2025
Oxunuş sayı: 3980