Tarix və Etnologiya İnstitutu saytı məhkəməyə verəcək

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu “Dogruxeber.az (Azərbaycan informasiya portalı)” saytından narazıdır. Saytda çap olunan yazı ilə bağlı institut məhkəməyə müraciət etmək fikrindədir.
Bu barədə İnstitutdan Crossmedia.az saytına daxil olan məlumatda qeyd olunub: "Dogruxeber.az (Azərbaycan informasiya portalı)” adlı portalda AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu haqqında həqiqəti əks etdirməyən yazı verilib. İş o yerə çatıb ki, yazıda institut “korrupsiya halları”nda ittiham olunub. Yazının sonunda göstərilib ki, “Yuxarıda qeyd olunan məlumatlarla bağlı rəhbərliyin mövqeyini öyrənmək cəhdlərimiz təəssüf ki, uğursuz oldu”. Bildirmək istəyirik ki, bu sayt tərəfindən instituta heç bir rəsmi müraciət edilməyib. Yazıdakı bu və digər böhtan dolu məqamlar nəzərə alınaraq, “Dogruxeber.az” barədə məhkəməyə müraciət ediləcəkdir".
17:54 12.03.2025
Oxunuş sayı: 842