Tramp artan ticarət kəsirini dəyişdirəcəyini deyib

ABŞ Prezidenti Donald Tramp, ölkəsinin böyük xarici ticarət kəsirini dəyişdirəcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Truth Social platformasında yazaraq, "Dünya ilə böyük ticarət kəsiri indicə açıqlandı. Mən bunu dəyişdirəcəyəm", - ifadəsini işlədib.
Tramp, keçmiş Prezident Co Baydenin bu vəziyyətə görə məsuliyyət daşıdığını bildirib.
ABŞ Ticarət Nazirliyi yanvar ayı ilə bağlı açıqlanan məlumatda, ölkənin xarici ticarət kəsirinin aylıq 34 milyard dollar, illik isə 96,5 faiz artdığını qeyd edib.
Yanvar ayında ticarət kəsiri 131,4 milyard dollara çataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
İxracat 269,8 milyard dollar, idxal isə 401,2 milyard dollarla rekord səviyyəyə çıxıb.
23:55 06.03.2025
Oxunuş sayı: 746