Ərdoğan: "40 illik terror bəlasından qurtulmağa çox yaxınıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Sərgi Salonunda çıxışı zamanı ölkənin terrorla mübarizədə mühüm mərhələyə çatdığını bildirib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, o, təhlükəsizlik qüvvələrinin fədakarlığını yüksək qiymətləndirərək, ölkənin terror təhlükəsindən daimi və qəti şəkildə qurtulmağa çox yaxın olduğunu vurğulayıb.
Ərdoğan, həmçinin, Türkiyənin sərhəd əməliyyatları və təhlükəsizlik strategiyalarının uğurlu nəticələr verdiyini qeyd edərək, milli birliyin və təhlükəsizliyin qorunmasının vacibliyini önə çəkib. Prezident, ölkənin hər cür təhdidə qarşı hazır olması və regional hadisələri öz xeyrinə istiqamətləndirməsi lazım olduğunu da bildirib.
21:40 06.03.2025
Oxunuş sayı: 558