CROSSMEDIA - Tramp Rusiya agentidir? - Ekspert
Amerika

Tramp Rusiya agentidir? - Ekspert

Son vaxtlar xarici KİV- də ABŞ Prezidenti Donald Trampın Rusiya agenti olması iddia edilir. Belə ki, 2017-2019-cu illərdə  xüsusi müşavir Robert Müller tərəfindən aparılan araşdırmada Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrini yoxlamaq üçün genişmiqyaslı istintaq aparılıb. Müllerin hesabatına əsasən, Trampın seçki kampaniyası ilə Rusiya arasında "koordinasiya" tapılmadığı bildirilir. Bununla belə, hesabatda bəzi komanda üzvlərinin Rusiya ilə əlaqələrində qanunsuz fəaliyyətlərə rast gəlinib.

Məsələn, Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn, keçmiş kampaniya rəhbəri Pol Manafort və keçmiş kampaniya rəhbərinin müavini Rix Qates kimi şəxslər müxtəlif cinayətlərə görə ittiham olunub.

Bundan əlavə, CNN Trampın Rusiya ilə əlaqələrinin ABŞ-nin milli təhlükəsizliyinə təsiri və bu əlaqələrin potensial təhlükələri barədə də xəbərdarlıqlar yayımlanıb. Bu xəbərlər Trampın Rusiya ilə əlaqələrinin daha geniş bir kontekstdə qiymətləndirilməsinə imkan verib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli sözügedən iddia ilə bağlı Crossmedia.az-a danışıb.


O bildirib ki, ABŞ kimi bir ölkənin rəhbərini Rusiya agenti hesab etmək yanlışdır:  “Uzun müddətdir onun əleyhdarlarının apardığı kampaniyaya, təəssüf ki, inananlar da var. Məsələ ondadır ki, Tramp ABŞ-də demokratiyanın sonunu gətirir və güclü Mərkəzi Amerikan hökumətini qurmağa çalışır. "Project-2025" və ola bilsin ki, Amerikanın gələcək rəhbəri olacaq iş adamı İlon Maskın məqsədi ABŞ-nin idarəetmə sistemini eyni zamanda siyasi baxışlarını tamamilə dəyişmək və ölkənin gücünü demokratiyaya qurban verməməkdir. Onların düşüncələri mərkəzi-sərt idarəetmə sisteminə keçməkdən ibarətdir və buna çox yaxındırlar. Bu yolla xarici siyasət baxışlarını da inkişaf etdirirlər”.

Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətlərinin kökündə Trampın ukraynalı həmkarı Volodimir Zelenskinin müharibəni davam etdirməməsinə mane olmaması durur: “Belə ki, o həm Rusiyaya xoş sözlər deyir, həm də Ukrayna üzərində təzyiqi artırır.

Bu, əslində Rusiyanın və özünün ənənəvi Şərqi-Qərbi Avropa üzərində dominantlığını təsdiqləməyə yönəlmiş addımıdır. Burada Rusiya və Ukrayna itki yox, əksinə qazanc əldə edir”.

Nəzrin Salmanova

21:36 24.02.2025

Oxunuş sayı: 7861

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR